“KIA” və “Prius”un sürücüsü 150 manat 4 ballıq qayda pozdu - VİDEO

Paytaxt küçələrində kobud qayda pozan sürücülər kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, onlardan biri noyabrın 24-də saat 14:56 radələrində Nəsimi rayonu Abbasqulu ağa Bakıxanov küçəsində qeydə alınıb. Videodan göründüyü kimi, 77-BH-708 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.
Belə ki, o, nəqliyyat vasitələrinə əhəmiyyət vermədən yoluna davam edib.
Nərimanov rayonu Əhməd bəy Ağaoğlu küçəsində də sürücü eyni qayda pozuntusunu törədib. Hadisə oktyabrın 21-də 13:35 radələrində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 10-BY-794 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil əks istiqamətli yolla hərəkət edib. Yolayrıcına daxil olan sürücü bu zaman sağ tərəfdəki avtomobilə qəza təhlükəsi yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











