Reklam

"Kim ölmək istəyirsə, bu yolu seçə bilər" - Ekspertdən HƏYƏCAN TƏBİLİ

Qaydalar 22 Yanvar 2024 20:13 Oxunub 17340
"Kim ölmək istəyirsə, bu yolu seçə bilər"  - Ekspertdən HƏYƏCAN TƏBİLİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən günlərdə AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov deyib ki, ödənişli yollarda kim istəyirsə, sürət həddini (110 km/saat ) keçə bilər.

Nəzərə alsaq ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinə əsasən, Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur, bu, qanun pozuntusu sayıla bilərmi? Yoxsa ödənişli yolların istisna olması hansısa qanunla tənzimlənirmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, qanun pozuntusudur: “Ödənişli yol olsa belə, magistralda 100 km/saat sürət həddini keçən sürücü qanunu pozmuş sayılır. Lakin kimsə sürət həddini aşsa da, radar, kamera olmadığı və yol polisinin həmin ərazidə xidmət aparmadığı üçün bu aşkar olunmur”. 

Mütəxəssisin fikrincə, vətəndaşların avtomobili sürətli idarə etməyə həvəsləndirilməsi onları ölümə aparır: “Onsuz da vətəndaşlarımız yüksək sürətə maraq göstərir. Tam səmimi deyim ki, burada maraqlı olan, üstünlük verən cəhət yoxdur, əksinə təhlükə mənbəyidir. Düşünürəm ki, vətəndaşları bu cür sürətli avtomobil idarə etməyə həvəsləndirmək düzgün deyil. Kimsə həyatından bezibsə, ölmək istəyirsə, bu yolu seçə bilər. Sədrin də dediyi kimi, kim istəyirsə, yüksək sürətlə sürə bilər, amma şüurlu insan bilməlidir ki, bu, təhlükəlidir”.

Nəqliyyat eksperti Eldəniz Cəfər isə bildirib ki, ödənişli yolların maksimal sürət həddində istisna olmalıdır: “Sürət həddinin aşılması xüsusi cihazla ölçülür. Cihaz yoxdursa, cərimə də yazıla bilməz. Ona görə də məntiqlə ödənişli yollarla bağlı qanunda istisna olmalıdır. Yox, əgər cərimə yazılması məqsədi varsa, bu zaman o yola radar qoyulmalıdır. Radar da olsa, həmin yol rentabelli olmayacaq. Xəbərdarlıq məqsədilə nişan qoyulması məqsədəuyğundur”. 
Qeyd edək ki, “Avtomobil yolları haqqında” Qanunun 19-1 maddəsinə görə, ödənişli avtomobil yollarının yaradılması üçün bəzi məqsədlər olmalıdır. Bunlardan bir neçəsi də avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyin təmin olunmasıdır.

Yüksək sürət rejiminin olduğu ödənişli yollarda təhlükəsizliyin nə dərəcədə təmin olunduğu isə sual altındadır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh