Körpüdə ötmə edib "qabağa düşmək" istəyən sürücü dəhşətli qəza törətdi - ANBAAN VİDEO

Dünən Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, körpünün üzərində əks istiqamətli yola çıxan "Opel" markalı avtomobilin sürücüsü "Toyota Prius" markalı maşının önünə çıxır. Son anda sürücü manevr etmək istəsə də qəza qaçılmaz olub. Zərbənin gücündən "Toyota Prius" markalı avtomobil alışaraq yanmağa başlayıb.
Hadisə nəticəsində yolda tıxac yaranıb. Sürücülər xəsarətlər alıb.
Hadisənin baş vermə anının videogörüntülərini təhlil edən zaman aydın olur ki, "Opel" markalı avtomobilin sürücüsü körpünün üzərində əks istiqamətli yola çıxaraq ötmə etmək istəyir. Görünmə məsafəsinin məhdud olduğunu nəzərə alsaq sürücü "Toyota Prius" markalı avtomobili son anda görür.
Körpünün üzərində 1.1 xətti çəkilib və ötmə qadağan edilib. Ümumiyyətlə qanunvericiliyə görə körpüdə, tuneldə, piyada keçidində ötmə qadağandır.
Təəssüf ki, sürücülərin tələskənlik etməsi, qaydaları pozması bu cür acı nəticələr verir.
Unutmaq olmaz ki, 5 dəqiqə "qabağa düşmək" istəyi sizin və yaxınlarınızın həyatı bahasına başa gələ bilər. Ən azı maddi ziyana düşə bilərsiniz. Videonu təqdim edirik.
Ümid edirik ki, görüntülər bəzi sürücülər üçün ibrət olacaq.
Orxan Əli
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










