"Kruq" plyonkalı maşına sayrışan işıqlar quraşdırıb şou göstərdi - VİDEO
Qaydalar
29 Fevral 2024 10:00
Oxunub 3458
Maşının konstruksiyasına müdaxilə edən sürücü qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, 50-EF-150 qeydiyyat nişanlı "Azsamand" markalı avtomobilin sürücüsü görünüş dairəsinə düşən şüşələrə plyonka vuraraq qaydaları pozub. Eyni zamanda xarici işıq cihazlarının iş rejimini dəyişərək sayrışan rejimə keçirib. Həmin işıqları günün qaranlıq saatlarında istifadə edərək özünü digər sürücülərdən fərqləndirməyə çalışıb. Digər videoda isə aydın şəkildə görünür ki, sürücü operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı işıq siqnallarını alın şüşəsinə yerləşdirərək kobud qayda pozuntusu törədib.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR