Küçədə öldürüldüyü bildirilən şəxsin "Kamaz"la vurulduğu sübut edildi

Daxili İşlər Nazirliyi Binəqədidə öldürüldüyü bildirilən şəxslə bağlı məlumat yayıb. Nazirlikdən Avtosfer.az-a bildiriblər ki, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər. Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub. Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.
Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Emin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












