Kütləvi şəkildə qayda pozub cərimələnsə də özünə yığışmayan sürücü - 99-OL-387 - VİDEO

Qəzaya düşüb cərimələnsə də qayda pozmağa davam edən sürücü videolarını “TikTok” sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, əks yolda hərəkətdə olan 99-OL-387 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının tələbini pozaraq istiqamətini dəyişib. Bu xətaya görə cərimələnən sürücü ardınca görüntünü sosial media hesabında paylaşıb. Digər kadrda isə o, qəzaya düşdüyü videonu sosial şəbəkə istifadəçiləri ilə bölüşüb. Lakin sürücü cərimələnməsinə baxmayaraq maşının şüşələrinə plyonka çəkərək ön dövlət nömrə nişanı olmadan idarə etdiyi videoları “TikTok” hesabında paylaşıb.
Təəssüf ki, bir qisim gənc sürücülər törətdikləri qayda pozuntularının, ödədikləri cərimələrin, səbəb olduqları qəzaların görüntüsünü qəhrəmanlıq edirmiş kimi sosial şəbəkə hesablarında paylaşırlar və bununla da yeniyetmələrə pis örnək olurlar. İşin ən acınacaqlı tərəfi isə bu dalğaya qoşulan sürücülərin sayı getdikcə artmaqdadır.
Nərmin
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO











