Lovğalıq üçün qayda pozan sürücü – Avtomobilin nömrəsini çıxarıb, qabağını qaldırıb - VİDEO

Paytaxtda həm qaydaları pozan, həm də “hoqqa” verən sürücü videolarını “Tik-tok”da paylaşıb.
Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Belə ki, 77-PL-320 qeydiyyat nişanlı, "Khazar" markalı avtomobil sürücüsü paytaxtın müxtəlif yollarında ön qeydiyyat nişanını çıxararaq hərəkət edib. Həmçinin görüntülərdə sürücünün avtomobilin konstruksiyasına müdaxilə edərək qabağını qaldırıb, arxasını isə aşağı saldığı aydın əks olunub. Bəzi videolarda ön qeydiyyat nişanını avtomobilin alın şüsəsinə qoyub.
İlk baxışda sürücünün radarlara düşməmək üçün ön qeydiyyat nişanını çıxardığı düşünülsə də, sosial şəbəkələrdə paylaşdığı videolardan anlamaq olur ki, sürücü qaydaları sadəcə lovğalıq üçün pozur.
Bu tipdə onlarla video çəkib, “Tik-tok”da paylaşan sürücünün belə qaydalar pozması barədə saytımızda dəfələrlə xəbərlər dərc olunub.
Qeyd edək ki, sözügedən görüntülər xüsusilə də azyaşlılar üçün pis örnəkdir. Ümid edirik ki, bu barədə müvafiq qurumlar yaxın zamanda tədbir görəcək.
Məhəbbət Tərlanoğlu
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










