Luks “BMW”siylə piyadaların yolunu kəsən sürücü CƏRİMƏLƏNDİ

Paytaxtın Süleyman Rüstəm küçəsində dayanma-durma qaydasını pozan sürücü cərimələnib.
Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi polkovnik-leytenant Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, 77-AA-708 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü müəyyən edilib və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, protokol tərtib edilib.
Qeyd edək ki, sözügedən sürücüylə baəlı bir müddət öncə saytımızda xəbər dərc olunmuşdu. Belə ki, o, avtomobili səkidə park edərək piyadaların hərəkətini məhdudlaşdırmışdı.
Məsələylə bağlı Rövşən Tağıyev sürücülərə müraciət ünvanlayıb: “Bir daha bütün sürücülərdən piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkətlərdən çəkinməyi xahiş edirik. Nəzərə almaq lazımdır ki, belə qayda pozuntuları bütün piyadalara, xüsusən də uşaqlara, yaşlılara, fiziki məhdudiyyətli insanlara və uşaq arabası ilə hərəkət edən şəxslərə ayrıca problem yaradır”.
Nərmin
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO











