Magistral yolda 139-la gedən yük maşınının sürücüsü CƏRİMƏLƏNDİ - VİDEO

Türkiyənin Sakarya vilayətinin Geyve rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, Sakarya–Biləcik magistralında 06-DHE-214 nömrə nişanlı yük maşını sürət həddini ciddi şəkildə pozaraq 139 kilometr-saat sürətlə hərəkət edən minik avtomobilindən belə daha sürətli olub. Avtomobil sürücüsü bildirib ki, bu sürətlə hərəkət etməsinə baxmayaraq, yük maşınına çatmaqda çətinlik çəkib.
Görüntülər mobil telefon kamerası ilə qeydə alınıb və sosial şəbəkələrdə yayılıb. Hadisədən dərhal sonra Pamukova Regional Trafik Nəzarət Stansiyasının əməkdaşları yük maşınını saxlayaraq stansiyaya gətiriblər. Taxoqraf cihazı üzərindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, sürücü sürət həddini dəfələrlə aşıb. Bu səbəbdən ona 12 min 427 lirə (təxminən 700 manat) məbləğində inzibati cərimə tətbiq olunub.
Qeyd edək ki, D-650 magistral yolu iri tonnajlı yük maşınları və traktor qoşqularının intensiv hərəkəti səbəbilə tez-tez qəzalarla gündəmə gəlir.
Eltac Zülfüqaroğlu
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










