Magistral yolda üzüm almaq üçün 500 metr geri gedən avtobus - 90-XX-183 - VİDEO

Söhbətə 60-cı illərin bir Şəki lətifəsi ilıə başlamaq istərdim, çünki təsvir edəcəyim hadisə də elə Şəkidə baş verib. Turan qəsəbəsinin taxıl zəmiləri tərəfdə.
Bir şəkili təyyarə (ağlınıza “Boeing” gəlməsin, söhbət “Kukuruznik”dən gedir) ilə Bakıdan kəndinə qayıdakən təyyarənin onun evinin üzərindən keçdiyini görür. Oturduğu yerdəcə pilotu haylayır: Ha canoo yiyim, habı pavarotda saxla düşüm.
Keçək mətləbə. Xaldandan Şəkiyə yol ötən “Jiquli” ilə gedərkən sürücü yol qırağındakı üzüm satanlardan alver eləmək üçün maşını saxlayıb düşdü. Bu zaman bizi ötən 90 XX 183 dövlət nömrə nişanlı Bakı-Şəki avtobusu təxminən 500 metrdən sonra dayandı və geri hərəkət etməyə başladı. Avtobusun geriyə gəlməsi Şəki istiqamətində gedən maşınların da dayanmasına və təhlükəli ötəmə etməsinə səbəb oldu. Yaxınlıqda heç bir yaşayış məntəqəsi olmadığından sürücü çox güman ki üzüm almaq üçün geri hərəkət edib. Prinsip etibarı ilə istinin günündə çöllük-biyabanlıqda heç kim düşməz. Əgər düşməli olsa belə, avtobusun bu qədər məsafəni geri qayıtması yolverilməzdir. Üstəgəl, bizdə hələ də belə bir təfəkkür hakimdir ki, qəza işıqlarını yandıraraq qayda pozmaq olar. Videodan da görünür avtobusun geriyə hərəkət işıqları yanmır ki, bu da ayrı bir qayda pozuntusudur.
Ümumilikdə, təhlükəsizlik normalarına görə avtobusların geriyə hərəkət etməsi minimal olmalıdır. Avropa ölkələrinin əksəriyyətində marşrut avtobusların şəhər daxilində geriyə hərəkəti ümumiyyətlə qadağandır. Bakıda mikroavtobuslar dövründə bu adi hal idi. İndi demək olar tam aradan qalxıb.
Yol hərəkəti haqqqında qanunun 45-ci maddəsinin 4-cü bəndi avtomagistralda geriyə hərəkəti qadağan edir. Görəsən sürücünün bu qanundan nə dərəcədə xəbəri var?
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi











