Magistralda maşını sərxoş halda sürdü - 25 sutkalıq həbs edildi

Ələt-Astara magistralında sərxoş halda avtomobil idarə edən və polisin qanuni tələbinə qəsdən tabe olmayan şəxs həbs edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə magistralın Masallı rayonundan keçən hissəsində - Sərçuvar kəndi ərazisində yerləşən BDYPİ-in stasionar postunda qeydə alınıb.
Belə ki, Lənkəran rayon sakini 26 yaşlı Elnur Abbaszadənin idarə etdiyi “Chevrolet” markalı avtomobil yol polisi tərəfindən postda saxlanılıb.
Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi, həmçinin sərxoş halda olduğu müəyyənləşib və nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Bu zaman sürücü E.Abbaszadə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərib.
Buna görə də, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Abbaszadə 25 sutka inzibati qaydada həbs edilib.
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












