Manevr edən sürücü əks yola çıxıb yenidən zolağına qayıtdı - VİDEO

Rayonlardan birində kobud qayda pozan sürücünün videosu sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 8-i saat 19:35 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-KB-286 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, əks istiqamətli yola çıxaraq yenidən öz zolağına qayıdıb. Bu zaman arxa tərəfdən gələn “Ford Transit” markalı avtomobilə qəza riski yaradıb. Xoşbəxtlikdən hadisə zamanı əks zolaqda nəqliyyat vasitəsi olmayıb.
Qeyd edək ki, sürücü sağa dönən zaman ən sağ zolağa manevr etməlidir. Əks zolağa keçərək manevr etmək qayda pozmaqla yanaşı qəzaya səbəb ola bilər.
Xatırladaq ki, manevr qaydasını pozan sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, 40 manat cərimə ödəmək məcburiyyətindədir.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










