Manevr qaydalarını pozub sürücülərə təhlükə yaratdı - VİDEO
Qaydalar
25 Sentyabr 2023 13:29
Oxunub 1608
Bakıda manevr qaydalarını pozan sürücü təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 20-də, paytaxtın Azadlıq prospektində baş verib. Belə ki, 90-UE-054 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ikinci dərəcəli yoldan baş yola daxil olan zaman manevri düzgün yerinə yetirməyib. Bu səbəbdən görüntünü qeydə alan sürücün sıxışdıraraq qismən əks yola çıxarıb. Bu azmış kimi qarşıdakı maşını ötmə edərək özü əks yola keçib. O, həmin vaxt əks yoldan gələn sürücülərə də təhlükə yaradıb.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR