Manevr qaydasından xəbərsiz sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakıda sürücünün qayda pozması qəza şəraiti ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. 77-HX-852 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcında manevr qaydasını pozub. O, dairəni sol zolaqdan tərk etdiyi üçün motosiklet sürücüsünə qəza şəraiti yaradıb.
Çox təəssüf ki, sürücülərin əksəriyyəti dairəni tərk etmə ilə bağlı qaydalardan xəbərsizdirlər. "Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinə görə, dairəyə istənilən zolaqdan daxil olmaq olar, lakin dairəni yalnız sağ zolaqdan tərk etmək olar. Adi yolayrıclarında bir qayda olaraq sağa dönən sürücü sağ zolaqdan dönməli olduğu kimi, dairəni də tərk edərkən yalnız sağ zolaqdan tərk etmək məcburidir.
Qeyd edək ki, dairəni sol zolaqla tərk edən sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Leyla
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










