Manevr qaydasını pozan sürücülər: Biri soldan sıxdı, o biri də sağdan - VİDEO

Qaydalar 2 Avqust 2024 12:33 Oxunub 170
Manevr qaydasını pozan sürücülər: Biri soldan sıxdı, o biri də sağdan  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücülərin videosunu oxuculardan biri redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 1-də, paytaxtın Xəlil Rza Ulutürk küçəsində baş verib.

Belə ki, 77-FY-043 qeydiyyat nişanlı "Tofaş" markalı və 77-CK-609 qeydiyyat nişanlı "Saipa" markalı avtomobilin sürücüləri eyni vaxtda orta zolağa yerdəyişmə ediblər. Bu zaman görüntünü qeydə alan sürücünü sıxışdıraraq ona qəza şəraiti yaradıblar. Hadisənin baş verəcəyini görən sürücü sürəti azaldaraq qəzadan yayına bilib.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sürücü zolağını dəyişən zaman eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh