Masallıda "avtoşluq" edən sürücülər yolda təhlükəli anlar yaşatdı - VİDEO
Qaydalar
18 May 2023 14:29
Oxunub 1564
Masallıda avtoxuliqanlıq edən sürücülərin videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 90-ON-311 qeydiyyat nişanlı “Niva” markalı və Rusiyaya məxsus y 462 oe 50 qeydiyyat nişanlı “VAZ” markalı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq ediblər. Onların bu əməlləri digər hərəkət iştirakçılarına təhlükə yaradıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, yayılmış videogörüntü 2 il əvvəl qeydə alınıb. Avtoxuliqanlıq edən hər iki sürücü barəsində inzibati məsuliyyət tədbiri görülüb. Bir daha sürücüləri qaydalara əməl etməyə, yolda təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırırıq.
Könül
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR