Masazırda “hoqqa” verən sürücü motosikletlə toqquşmaqdan son anda qurtuldu - REAL VİDEO

Qaydalar 31 İyul 2024 13:43 Oxunub 190
Masazırda “hoqqa” verən sürücü motosikletlə toqquşmaqdan son anda qurtuldu   - REAL VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu Masazır qəsəbəsində kobud qayda pozan sürücü son anda qəzadan yayınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-EZ-050 dövlət nömrə nişanlı “VAZ-2121” markalı avtomobilin sürücüsü anidən təhlükəli manevr edib. Bu zaman o arxadan gələn motosikletə təhlükə yaradıb. Xoşbəxtlikdən moto sürücü nəqliyyat vasitəsini saxlayıb və baş verə biləcək qəzanın qarşısını alıb. 

Xatırladaq ki, bu xəta, İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh