Masazırda ölümə aparan manevr: Əks yola çıxan sürücü axına qarşı şütüdü - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 13-də saat 18:46 radələrində Əliağa Vahid küçəsində qeydə alınıb. Görüntülərdən məlum olur ki, 77-XU-919 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü qarşıdakı nəqliyyat vasitələrini ötmək məqsədilə əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib.
Bu zaman o, qarşıdan gələn və görüntünü qeydə alan avtomobilin sürücüsü üçün qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü operativ reaksiya göstərərək sola manevr edib və baş verə biləcək ağır yol-nəqliyyat hadisəsinin qarşısını son anda ala bilib.
Qeyd edək ki, əks hərəkət zolağına çıxmaq və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmaq ən təhlükəli qayda pozuntularından hesab olunur. Belə məsuliyyətsiz davranışlar bir neçə saniyə ərzində faciəvi nəticələrə, insan tələfatına və ağır xəsarətlərə səbəb ola bilər.
Nərmin
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO












