Masazırda qayda pozan taksi sürücüsü üstəlik piyadanı islatdı - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 7-də saat 09:51 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, taksi fəaliyyəti ilə məşğul olan 90-YE-858 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, sağa keçən sürücü görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb. Ardınca o, yolun yaş olmasına əhəmiyyət vermədən avtomobili yüksək sürətlə idarə edib və bu vaxt səkiylə hərəkətdə olan piyadaya su sıçradıb. Nəticədə çətin vəziyyətdə qalan qadın islanıb.
Xatırladaq ki, yollarda piyadalara və digər nəqliyyat vasitələrinə qəsdən su və ya palçıq sıçradılmasına görə İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, sürücülər 40 AZN məbləğində cərimə olunur.
Nərmin
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO










