Banner

Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO

Qaydalar 16 Fevral 2026 18:00
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron rayonu, Masazır dairəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 14-də saat 19:09 radələrində qeydə alınıb.

Videodan görünür ki, 77-QZ-253 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü əvvəl sola manevr etsə də, bir neçə saniyə sonra sağa dönərək sağ tərəfdə hərəkətdə olan maşın üçün qəza şəraiti yaradıb.

Xoşbəxtlikdən təhlükəylə üzləşən sürücü ehtiyatlı davranaraq nəqliyyat vasitəsini vaxtında saxlayıb və baş verəcək qəzanın qarşısı alınıb. 

Kadrlarda qayda pozan sürücünün manevr etməzdən əvvəl dönmə siqnalını yol boyu aktiv vəziyyətdə saxladığı da aydın görünür.

Nərmin

Oxunub 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh