Maşın yolunu parka çevirən piyadalar: Bu küçələrə nəzarət lazımdır - VİDEO

Son dövrlərdə paytaxtın mərkəzi küçələrində piyadaların yol hərəkəti qaydalarına əməl etmə səviyyəsində nəzərəçarpacaq dərəcədə irəliləyiş müşahidə olunsa da, kənar ərazilərdə hələ də tam formalaşmayıb. Belə ki, piyadaların yol hərəkəti qaydalarını pozduqları hallara hələ də tez-tez rast gəlinir.
Avtosfer.az-ın məlumatına görə, paytaxt sakini olan sürücülərdən biri şəhərin müxtəlif küçələrində qeydə aldığı qayda pozuntularını videogörüntü şəklində redaksiyamızın qaynar xəttinə göndərib. Qeyd olunan kadrlarda A.M.Şərifzadə küçəsi, 20-ci Sahə dairəsi və Cavadxan küçəsində baş verən hadisələr əks olunub.
Görüntülərdən aydın olur ki, piyadalar bu ərazilərdə yerləşən keçidlərə məhəl qoymadan, birbaşa hərəkət hissəsilə yolu keçirlər. Bu cür məsuliyyətsiz davranış isə yalnız özlərini deyil, eyni zamanda sürücüləri də təhlükə altında saxlayır.
Qeyd edək ki, sözügedən küçələrdə hər gün eyni hal yaşanır. Təhlükələrin qarşısını almaq üçün bu ərazilərdə nəzarətin gücləndirilməsinə ehtiyac duyulur.
Fərid
Yolayrıcında səhv zolaqda dayandığı yadına düşdü – 90-AC-109 - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO












