Maşına bu formada minib-düşən sərnişinlərin diqqətinə! - CƏRİMƏLƏNƏCƏKSİNİZ - VİDEO

Avtomobildən düşən sərnişin qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə martın 1-də, Biləcəri-Binəqədi yolunda baş verib. Belə ki, 77-GB-971 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobildə olan sərnişin qapını qəfildən açaraq düşməyə çalışıb. Bu zaman arxadan gələn sürücü qəza vəziyyəti ilə üzləşib. O, təhlükəni görən anda dayanaraq qəzadan yan keçə bilib.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, sərnişinlər nəqliyyat vasitəsinə səkidən və ya yolun çiyini tərəfdən minib-düşməlidir. Yolun hərəkət hissəsi tərəfdən minib-düşmə qadağandır. Qanunda yazılan bu müddəa məhz belə halların qarşısını almaq üçün nəzərdə tutulub. Buna isə xüsusən sürücülər nəzarət etməlidir. Çünki qəza zamanı ən yaxşı halda onun da avtomobili zərər görəcək. Pis halda isə sərnişin qəza nəticəsində xəsarət ala bilər. Bu cür halların baş verməməsi üçün sürücülər və sərnişinlər son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar. Bu xətaya yol verən sərnişinləri 30 manat məbləğində cərimə gözləyir.
Fərid
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










