Maşına cürbəcür işıq cihazları quraşdırıb kefi istəyəndə nömrəsiz sürən SÜRÜCÜ CƏRİMƏLƏNDİ - VİDEO - YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülər Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb və qayda pozan sürücü - S. Hüseynov inzibati məsuliyyətə cəlb olunub.
***
15:30
***
Gəncədə kobud qayda pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 20-EZ-380 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilin sürücüsü qadağan olunmuş sayrışan işıq cihazlarından istifadə edib. Görüntüdən aydın olduğu kimi, o, maşının alın şüşəsinə göy və qırmızı rəngdə sayrışan işıq siqnalları quraşdırıb. Digər kadrda isə o, nəqliyyat vasitəsinə müxtəlif işıq cihazları taxıb və normativ tələbləri pozaraq maşının arxa işıqlarını yanıb-sönən rejimə keçirib. Eyni zamanda sürücü avtomobilin konstruksiyasına müdaxilə edib və dövlət nömrə nişanı olmadan sürüb.
Qeyd edək ki, maşının konstruksiyasına edilən bütün müdaxilələr təhlükəsizliyə birbaşa xətər yetirə bilər. Öz zövqünə uyğun işıq cihazlarının nəqliyyat vasitəsinə quraşdırılması qanunla qadağandır. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan sayrışan işıq siqnallarından istifadə edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Nərmin
Abşeronda vəsiqəsi olmadan "ruçnoy" çəkən "avtoş" gənc həbs edildi - VİDEO
Sərxoş vəziyyətdə avtomobil idarə edib sürət həddini aşdı – Saxlanıldı - FOTO
İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı - VİDEO
Yolayrıcında qəza təhlükəsi yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu küçədə ikinci zolaq daimi parkinqə çevrilib - Sürücülər NARAZIDIR - VİDEO
Piyada yerüstü keçidi qoyub yolun ortasında özünü təhlükəyə atdı - VİDEO
Gəncədə qaydaları vecinə almayan sürücü əks yolda “şou” göstərdi - HƏBSƏ DÜŞDÜ - VİDEO
Yol polisindən qaçan sərxoş sürücü bütün qaydaları pozdu; iş məhkəməyə düşdü - VİDEO
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO











