Maşına hər cür sayrışan işıq quraşdırıb nömrəsiz sürən sürücü - 50-DD-889 - VİDEO

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 50-DD-889 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü maşının ön alın şüşəsinə operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Eyni zamanda sürücü maşının ön işıq cihazlarının normativ tələblərini pozaraq onların iş rejimini dəyişib.
Digər kadrda isə avtomobili dövlət nişanı olmadan idarə edib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO








