Maşına "miqalka" quraşdırıb restorana girən bəy 800 manatlıq qayda pozdu - VİDEO
Qaydalar
17 Oktyabr 2022 11:09
Oxunub 20562
Şadlıq sarayına maşınla daxil olan sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 90-VC-305 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü qadağan olunmuş sayrışan işıqları alın şüşəsinə quraşdıraraq restorana daxil olub. Bu hərəkəti etməklə zalda olan insanların diqqətini cəlb etməyə çalışıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan sayrışan işıq siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Nərminə Əli
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR