Maşına "miqalka" və "sirena" quraşdıran sürücü ayağını qaldırıb görün nə etdi - VİDEO

Qaydalar 19 İyul 2021 14:40 Oxunub 8284
Maşına "miqalka" və "sirena" quraşdıran sürücü ayağını qaldırıb görün nə etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maşına qadağan olunmuş sayrışan işıq və xüsusi səs siqnalı quraşdıran sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-UZ-996 qeydiyyat nişanlı "VAZ-21013" markalı avtomobilin sürücüsü alın şüşəyə göy və qırmızı rəngli işıq siqnalı və xüsusi səs siqnalı quraşdırıb. Həmçinin geriyə hərəkəti bildirən ağ rəngli işığı sayrışan rejimə keçirərək normativ tələbləri ciddi şəkildə pozub.

Bu qayda pozuntuları ilə yanaşı sürücü avtomobili idarə edən zaman da müxtəlif qayda pozuntuları törədib. Belə ki, təhlükəsizlik kəmərindən istifadə etməyərək sol ayağını sürətlər panelinin üzərinə qoyub və telefon əlində çəkiliş aparıb. Qeyd edək ki, onun bu hərəkətləri hər an qəzaya səbəb ola bilərdi.
Ümid edirik Dövlət Yol Polisi İdarəsi sürücü barəsində ciddi tədbir görəcək.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh