Maşına oturan kimi əlindəki zibilləri küçəyə atdı - VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, 90-LX-805 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü hərəkətə başlayan zaman əlindəki zibilləri bayıraq ataraq küçəni zibilləyib. Avtomobildə tullantıları saxlamaq üçün kifayət qədər boş yerlərin olmasına baxmayaraq, çox təəssüf ki, əksər sürücülər yolu bu cür zibilləyirlər.
Bu cür məsuliyyətsiz davranışlar təkcə yol hərəkəti mədəniyyətinə zidd olmaqla kifayətlənmir, həm də şəhərimizin ekoloji vəziyyətinə mənfi təsir göstərir. Təəssüf doğuran hal ondan ibarətdir ki, bir çox sürücülər bu məsuliyyətsizliyi adi vərdişə çeviriblər. Nəticədə hər kəsin "kiçik" hesab etdiyi bir zibil şəhərin müxtəlif nöqtələrində çirklənməyə və uzun müddət ərzində təmizlənməyən zibillik sahələrinin yaranmasına səbəb olur.
Fərid
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










