Maşına sayrışan işıq quraşdıran sürücünün işi məhkəməyə göndərildi - AÇIQLAMA - VİDEO

Qaydalar 8 May 2023 12:29
Maşına sayrışan işıq quraşdıran sürücünün işi məhkəməyə göndərildi - AÇIQLAMA  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Maşına sayrışan işıq quraşdırıb videosunu sosial şəbəkədə paylaşan sürücü məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, avtomobilin alın şüşəsinə sayrışan işıq quraşdıran 99-SR-390 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü törətdiyi əmələ görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə uyğun olaraq protokol tərtib olunub və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmə tərəfindən sürücünün barəsində 500 manatdan 800 manata qədər nəzərdə tutulan cərimə sanksiyası tətbiq ediləcək.

 

Leyla

Oxunub : 1938
ŞƏRH YAZ
Ad

E-mail

Şərh