Maşına sayrışan işıq quraşdırıb təhlükəli manevrlər edən sürücü - 99-UA-993 - VİDEO

Bakının Xəzər rayonu, Şağan qəsəbəsində qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 99-UA-993 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yaşayış ərazisində təhlükəli manevrlər edib. Eyni zamanda o, maşının ön şüşəsinə operativ nəqliyyat vasitələrinə aid olan göy və qırmızı sayrışan işıq siqnalları quraşdırıb. Digər görüntüdə də sürücü sərt manevrlər edərək özünü və avtomobildəki sərnişini təhlükəyə atıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çox avazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Nərmin
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











