Maşında edilən hansı dəyişiklik "texpasport"da qeyd edilməlidir? - İZAH - VİDEO

Əksər sürücülər avtomobillərin görünüşünü dəyişmək məqsədilə bir sıra dəyişikliklər edirlər. Əsasən banın müxtəlif yerlərində rəng dəyişikliyi, bamperlər, avtomobilin arxasına “düfuzor” deyilən avadanlıq quraşdırırlar. Xüsusən də köhnə model avtomobilləri restayl formada yığaraq görünüşünü yeniləyirlər. Bəs bu dəyişikliklərə görə təkrar qeydiyyata ehtiyac varmı?
Avtosfer.az xəbər verir ki, hər edilən dəyişikliyə görə qeydiyyat əməliyyatı aparılmasına ehtiyac və tələb yoxdur. “Yol hərəkəti haqqında” qanunun 28-ci maddəsində qeyd olunan dəyişikliklər (avtomobilin rəngi, qeydiyyat nişanları, mühərrik, ban, şassi və.s) edildikdə, o zaman avtomobil təkrar qeydiyyata alınmalıdır. Yəni, qeydiyyat hərəkətləri yalnız reysterə düşən məlumatlar dəyişdirildikdə aparılmalıdır. Reysterdə və qeydiyyat şəhadətnaməsində əsasən yuxarıda sadalanan banın, mühərrikin, şassinin nömrəsi, avtomobilin rəngi, qeydiyyat nişanları, avtomobilin tipi, mühərrik həcmi qeyd edilir. Bu dəyişikliklər istisna olmaqla digər dəyişikliklərə görə avtomobilin qeydiyyata aparılmasına ehtiyac qalmır. Çünki bu cür dəyişikliklər reysterə daxil edilən məlumatlar siyahısında deyil.
Nurlan Sakitoğlu
Nərmin Əkbər
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO








