Maşında yüksək səslə mahnıya qulaq asmağa görə CƏRİMƏ VAR? - RƏSMİ AÇIQLAMA - VİDEO

Son vaxtlar paytaxt küçələrində avtomobildə yüksək səslə musiqiyə qulaq asan sürücülərə tez-tez rast gəlinir. Bu hal həm digər sürücülərin, həm də piyadaların, həm də şəhər sakinlərinin narazılığına səbəb olur. İctimaiyyəti maraqlandıran sual isə belədir: avtomobildə yüksək səslə musiqiyə qulaq asanlar üçün cərimə nəzərdə tutulub?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev “Avto FM” radiosunun efirində açıqlama verib. O bildirib ki, şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur:
“Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnallarından istifadə etmək, eləcə də insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxanalar ətrafında yüksək sürətlə idarəetmə nəticəsində səs-küy yaradılması mənəvi baxımdan xoş qarşılanmır və qayda pozuntusu hesab olunur”, – deyə o vurğulayıb.
Polis baş leytenantı əlavə edib ki, nəqliyyat vasitəsindən əlavə işıq siqnallarının lüzumsuz istifadəsi İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə tənzimlənir və bu hal üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Eyni zamanda Elvin Hacıyev bildirib ki, nəqliyyat vasitəsində yüksək səslə musiqi dinləmək birbaşa yol hərəkəti qaydası əleyhinə inzibati xəta sayılmır. Bu cür hallar inzibati qaydada Daxili İşlər Nazirliyinin digər aidiyyəti bölmələri tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.
Eltac Zülfüqaroğlu
DYP elektroskuter istifadəçilərinə müraciət ETDİ - VİDEO
Məhəllədə maşın saxlamağa görə hansı halda cərimə yazılır? – AÇIQLAMA - VİDEO
Sürücü tıxacda qalmamaq üçün yolayrıcına qədər əks yolla sürdü - VİDEO
Milli Məclis İXM-də telefondan istifadəyə görə cərimə məsələsinə birtərəfli yanaşmamalıdır – EKSPERT
Zolağını dəyişən sürücü qəfil tormoz verib qəza şəraiti yaratdı - VİDEO
Dayanacağa girməyən avtobus sürücüsü yolda sərnişin düşürüb-mindirdi - VİDEO
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO












