Maşını avtopilot rejimində sürüb qayda pozan sürücü – 50 MANAT CƏRİMƏSİ VAR - VİDEO

Bakıda çəkilmiş görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, kadrlarda “Changan” markalı avtomobilin sükanında heç kimin olmadığı, sürücünün isə yan oturacaqda əyləşərək bütün prosesi mobil telefonla çəkdiyi əks olunub.
Avtomobilin hərəkətdə olduğu vaxt sükanın boş qalması və sürücünün məsuliyyətsiz davranışı digər hərəkət iştirakçıları üçün çətin anlar yaşada bilir. Sosial şəbəkə istifadəçiləri görüntülərə sərt reaksiya verərək bunun məsuliyyətsizlik və həmçinin qanun pozuntusu olduğunu bildiriblər.
Mütəxəssislər isə bildirirlər ki, hazırda Azərbaycanda satılan avtomobillərdə tam funksional avtopilot sistemi mövcud deyil. Belə halda sürücünün sükanı buraxaraq yan oturacaqda əyləşməsi qəza riskini qat-qat artırır.
“Yol hərəkəti haqqinda” Qanunun 37-ci və 52-ci maddənin tələblərinə əsasən, mexaniki nəqliyyat vasitəsi hərəkətdə olarkən sükan arxasında mütləq sürücü olmalıdır və yalnız nəqliyyat vasitəsini tam hərəkətsiz hala gətirdikdən sonra avtomobili tərk edə bilər. Yolda hərəkətdə olan nəqliyyat vasitəsini sükandan əlini çəkərək idarə etmək qəti şəkildə qadağandır. Bu İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır.
Qeyd edək ki, sürücülər bu rejimdə avtomobili idarə edərsə, 50 manat cərimə edilə bilər.
Eltac Zülfüqaroğlu
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








