Banner

Maşını əks yolda park edən sürücü avtobusun yolunu kəsib dava da etdi - VİDEO

Qaydalar 14 Avqust 2025 14:30 Oxunub 2678
Maşını əks yolda park edən sürücü avtobusun yolunu kəsib dava da etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, MİDA yaşayış kompleksinin yaxınlığında dayanma-durma qaydasını pozan sürücü görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə avqustun 14-də günorta saatlarında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 77-BQ-504 dövlət nömrə nişanlı “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü maşını əks istiqamətli yolda park edib. Nəticədə o, qarşı tərəfdən gələn sərnişin avtobusunun hərəkətinə əngəl törədib. Üstəlik qayda pozan şəxs avtomobildən düşərək ona iradını bildirən avtobus sürücüsü ilə mübahisə də edib. Törətdiyi xətanın videoya çəkildiyini görən sürücü maşınına əyləşərək avtobusa yol vermək məcburiyyətində qalıb. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh