Maşını gah nömrəli, gah nömrəsiz sürən Yasamalın “avtoş” sürücüsü - VİDEO

Paytaxt küçələrində qaydaları kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 01-BO-260 dövlət nömrə nişanlı “Tofaş Şahin” markalı avtomobilin sürücüsü Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində təhlükəli manevrlər edib. Belə ki, “sağ-sol” edən sürücü yolboyu qəza riski yaradıb. Başqa bir ərazidə qeydə alınan görüntüdə də o, sərt manevrlər edərək həm özünü, həm də maşındakı sərnişini təhlükəyə atıb. Eyni zamanda sürücü avtomobilin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb və maşını dövlət nömrə nişanı olmadan idarə edib.
Qeyd edək ki, sürücünün törətdiyi xətalar avtoxuliqanlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.
Nərmin
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO











