Maşını ikinci cərgədə park edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO

Qaydalar 15 Oktyabr 2024 10:00 Oxunub 414
Maşını ikinci cərgədə park edən sürücü avtomobillərin yolunu kəsdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dayanma-durma qaydasını kobud şəkildə pozaraq ikinci cərgədə parklanma edən sürücünün avtomobili kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 14-də, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsində baş verib.

Belə ki, sürücü idarə etdiyi 10-RY-395 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobili ikinci cərgədə park edərək hərəkətə mane olub. Bu isə digər sürücüləri sol zolağa yerdəyişmə edərək maneədən yayınmağa məcbur edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə 2 bal 80 manat məbləğində cərimə nəzərdə tutulub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh