Maşını ötmək üçün qoşa xətti tapdalayıb əks yola çıxdı, ardınca.. - 10-DS-600 - VİDEO

Paytaxtın Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində kobud qayda pozan sürücü görüntülənib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Hadisə mayın 7-də saat 14:54 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-DS-600 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozub və əks istiqamətli yola çıxıb. Şahidin iddiasına görə, sözügedən sürücü önündəki maşını ötmək üçün əks istiqamətli yola keçib. Xoşbəxtlikdən hadisə vaxtı qarşı tərəfdən maşın gəlməyib. Daha sonra o, yenidən öz zolağına qayıdıb.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir.
Bakı Şəhər DYP İdarəsinin bölməs rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirdi ki, sürücü barasində qanunamüvafiq tədbir görülüb.
Nərmin
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO











