Maşını qanunsuz saxlayan xanım sürücü onu cərimələyən polisi şərləyib təhqir etdi - VİDEO

Bu gün Sevinc Hüseynova adlı sosial media istifadəçisi öz hesabında polis əməkdaşının ona qanunsuz cərimə yazdığı iddia edilən görüntülər paylaşıb.
Hadisə paytaxtın Kazım Kazımzadə küçəsində baş verib.
Belə ki, vətəndaş "Ford" markalı şəxsi avtomobilini qanunsuz olaraq piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlayıb.
Daha sonra polis əməkdaşları ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cərimə yazıb. Vətəndaş isə sosial medianın qazandırdığı imkanlardan istifadə edərək cərimə yazanları "ifşa etməyə" cəhd edib və video da özünün qanunsuz olaraq səkidə maşın saxladığını etiraf edib. O, bu əməli digər şəxslərin də həmin ərazidə maşın saxladığını əsas gətirərək törətdiyini iddia edib.
Fotodan da göründüyü kimi avtomobilin dayandığı ərazi səkidir və maşın burada insanların hərəkətinə mane olur. Sürücü qanunsuz əməl törətdiyini bildiyi halda paylaşdığı videoda özünə haqq qazandırmağa cəhd edib. (modern.az)

Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










