Maşını səkiyə atıb gedən sürücü piyadaların yolunu kəsdi - 10-HN-706 - VİDEO
Qaydalar
17 Sentyabr 2025 11:00
Oxunub 1058

Bakıda dayanma-durma qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 28-də, paytaxtın Rəşid Behbudov küçəsində qeydə alınıb. Belə ki, 10-HN-706 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü Bakı Musiqi Akademiyasının girişində park edərək qaydaları pozub. O, eyni zamanda səkidə parklanma etdiyi üçün piyadaların da yolunu kəsib.
Qeyd edək ki, səkidə dayanma-durma qaydasını pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsilə 2 bal 60 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
ŞƏRH YAZ














