Maşını vəsiqəsiz və nömrəsiz sürüb “şou” göstərən "avtoş" qazi - 77-EN-928 - VİDEO

Paytaxtın Ziya Bünyadov prospektində avtoxuliqanlıq edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-EN-928 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edərək təhlükə yaradıb. Belə ki, əl əyləcindən istifadə edən sürücü avtomobili fırladaraq yolda drift edib. Eyni zamanda o, maşını ön və arxa dövlət nömrə nişanı olmadan idarə edib. Bununla kifayətlənməyən sürücü “avtomobili sürücülük vəsiqəsi olmadan günün istənilən saatlarında sürürəm” deyərək paylaşımında qeyd edib.
Qeyd edək ki, qayda pozan sürücü sosial şəbəkə hesabında qazi olduğunu bildirib.
Xatırladaq ki, sürücünün törətdiyi əməl İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsilə qiymətləndirilə bilər. Avtomobili sürücülük vəsiqəsi və dövlət qeydiyyat nişanı olmadan sürmək Məcəllənin 332.2-ci və 342.7-ci maddələrinə əsasən, 100 manat məbləğində cəriməylə nəticələnir.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










