Maşını yolun ortasında atıb getdi: təhlükə yaratdı - VİDEO
Qaydalar
20 Dekabr 2023 11:30
Oxunub 718
Paytaxda yolun ortasında parklanan avtomobil digər sürücülər üçün maneə yardıb.
Avtosfer.az-ın məlumatına görə hadisə Avropa Azərbaycan məktəbinin yanında qeydə alınıb.
Belə ki, sürücü 99-OG-017 dövlət qeydiyyat nişanlı, “Hyundaı Sonata” markalı avtomobilini yolun ortasında park edib. Bu da digər nəqliyyat vasitələrinin hərəkəti üçün ciddi maneə yaradıb. Binanın həyətinə girmək istəyən sürücülər həmin avtomobilin sağından və solundan keçməyə məcbur olurlar.
Qeyd edək ki, sözügedən sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 20 manat cərimə olunmalıdır.
Məhəbbət Tərlanoğlu
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR