Maşını yolun ortasında park edən kişi digər sürücünü özündən çıxartdı - VİDEO
Qaydalar
21 Yanvar 2026 15:00

Xırdalanda dayanma-durma qaydasını pozan sürücü digər avtomobillərin hərəkətinə ciddi maneə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksinin çıxışında qeydə alınıb. Belə ki, 01-BO-145 qeydiyyat "VAZ 2106" markalı avtomobilin sürücüsü sağ yolun bağlı olduğunu görsə də, qəsdən yolun ortasında park edərək baxçaya gedib. Bu səbəbdən arxadan gələn sürücülərin hərəkəti məhdudlaşıb. Görüntünü qeydə alan sürücü irad bildirsə də, qaydaları pozan sürücü ona "get sağ yolu kəsən avtomobilin sürücüsünü tap" deyərək özünü haqlı çıxarmağa başlayıb. Uzun mübahisədən sonra tıxac yarandığını görən sürücü 5 metr irəli sürərək boş ərazidə park etməyə məcbur olub.
Sözügedən videonu təqdim edirik.
Fərid
Oxunub : 1662
DİGƏR XƏBƏRLƏR
1 Aprel 2026 10:00
Eyni anda iki kobud qayda pozan sürücü təhlükə yaratdı - VİDEO
1 Aprel 2026 09:00
Yüngül qəzanı yolun ortasında həll edə bilməyən sürücülər tıxac yaratdılar - VİDEO
1 Aprel 2026 08:30
“Toyota” sürücüləri maşınlarını qarajın girişində saxlayıb getdi - FOTO
31 Mart 2026 17:30
Yağışlı havada sağdan ötmə edən sürücü təhlükə saçdı - VİDEO
31 Mart 2026 16:30
Şəxsi avtomobillər dayanacağı zəbt etdi – Taksi sürücüsünə yer qalmadı - VİDEO
31 Mart 2026 13:30
Şüvəlanda riskli manevr edən “BMW” sürücüsü az qala qəza törədirdi - VİDEO
31 Mart 2026 09:00
Yeraltı parkinqlərdə ödənişi belə etməyin: Hamıya narahatlıq yaranır - VİDEO
30 Mart 2026 15:30
Dairədə qayda pozan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO
30 Mart 2026 12:00
Qaydaları “çeynəyən” sürücülər ard-arda qəza şəraiti yaratdı - VİDEO
30 Mart 2026 10:45
Narkotikin təsiri altında avtomobil idarə etdi - HƏBS OLUNDU - VİDEO
30 Mart 2026 10:00
Övladının yaşamasını istəyən valideynlər bu addıma son qoymalıdır - VİDEO
30 Mart 2026 09:00
Tıxac zamanı keçidin üzərində dayanan sürücülərin diqqətinə! - CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ - VİDEO
ŞƏRH YAZ










