Maşını yolun ortasında park edib hərəkəti məhdudlaşdıran sürücü CƏRİMƏLƏNDİ - VİDEO

Paytaxtın Yasamal rayonu, İ.Talıblı küçəsində yol hərəkəti qaydalarını pozan sürücü müəyyən olunub.
Avtosferşaz-ın məlumatına görə, 77-QV-751 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü İdris Əsgərov polis əməkdaşları tərəfindən aşkar edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin dayanma və ya durma qaydalarının pozulması maddəsi ilə protokol tərtib olunub.
*** 17:00, 25 avqust
Paytaxtın Yasamal rayonu, İsmayıl Talıblı küçəsində dayanma-durma qaydasını pozan sürücü avtomobillərin hərəkətinə əngəl törədib.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına videomaterial göndərib. Xoşagəlməz hadisə avqustun 22-də saat 17:00 radələrində qeydə alınıb. Videodan da aydın olduğu kimi, 77-QV-751 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü maşını yolun ortasında saxlayaraq hərəkəti məhdudlaşdırıb. Yaşayış zonasına daxil olan sürücü yolun bağlı olduğunu görərək qayda pozan şəxsə xəbərdarlıq məqsədilə dəfələrlə siqnal verib. Lakin izləyici bildirib ki, sürücü avtomobilin qapılarını kilidləyərək evinə getdiyi üçün onun xəbərdarlıq cəhdləri nəticəsiz qalıb. Sonda o, maşını arxa-arxaya sürərək yol kənarında park edib.
Nərmin
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








