Banner

Maşını yolun ortasında park edib yoxa çıxan sürücü sakinlərin yolunu kəsdi - FOTO

Qaydalar 28 Yanvar 2026 12:00
Maşını yolun ortasında park edib yoxa çıxan sürücü sakinlərin yolunu kəsdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda dayanma-durma qaydasını pozan sürücü sakinlərin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 27-də, paytaxtın Xudu Məmmədov küçəsində qeydə alınıb. Belə ki, 99-RE-775 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolun ortasında park edərək çıxıb gedib. Bu səbəbdən yolda hərəkət məhdudlaşıb. Sakinlər bildirirlər ki, avtomobil yanvarın 26-ı axşam saatlarından orada park edilib. Sürücünü tapmaq mümkün olmadığından sakinlər avtomobillərini həyətdən çıxara bilməyiblər.

Hadisə yerindən qeydə alınmış fotoları təqdim edirik.

 

Fərid

Oxunub 406
ŞƏRH YAZ
Ad

E-mail

Şərh