Maşının altını işıqlarla bəzəyib diqqət cəlb etdi - SÜRÜCÜNÜ BU CƏZA GÖZLƏYİR - VİDEO

Əksər sürücülər avtomobilin zavod görünüşünü dəyişərək daha cəlbedici etmək istəyirlər. Lakin bir çox hallarda bunun qanuni tərəflərinə nəzər yetirmirlər. Belə sürücülərdən birinin görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10-FM-923 qeydiyyat nişanlı qeydiyyat nişanlı "MOSKVİÇ 2141"
markalı avtomobilin sürücüsü ayaqaltı hissəsinə ağ rəngli işıqlar quraşdıraraq paytaxt küçələrində hərəkət edib. Bu işıq cihazları asfalt qatını işıqlandırdığı üçün digər sürücülərin diqqətini cəlb edir və nəqliyyat vasitəsini idarə etməkdən fikri yayındırır.
Bəs qanun belə işıq cihazları ilə bağlı nə deyir?
"Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsində qeyd olunub ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Əks halda nəqliyyat vasitəsinin istismarı qadağan edilir və inzibati məsuliyyət tədbirləri həyata keçirilir.
Videogörüntüdəki avtomobilə yerləşdirilmiş işıq cihazları nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmadığı üçün qanun bunu qadağan edir. Bu əmələ görə, sürücü 150 manat məbləğində cərimə edilə bilər.
Fərid
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO











