Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO

Paytaxtın Bibiheybət yolunda yol hərəkəti qaydalarını pozan sürücü kameraya düşüb.
İzləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək məlumat verib.
Hadisə ötən ilin dekabr ayının 19-da, saat 20:55 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, 77-VJ-207 dövlət nömrə nişanlı “GAC” markalı avtomobilin sürücüsü yol boyu digər nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Videodan görünür ki, o, avtomobilin işığını yolboyu yandırıb-söndürməklə önündəki maşını narahat edib. Ardınca qırmızı işıqda dayananda da eyni davranışı göstərərək sürücünün fikrini yayındırıb.
Daha sonra sol zolağa keçərək önündəki digər avtomobilə qarşı eyni hərəkəti təkrarlayıb.
Qeyd edək ki, belə davranışlar həm sürücünün özünü, həm də ətrafdakı digər nəqliyyat vasitələrini ciddi risk altında qoyur və yol hərəkəti qaydalarının pozulması kimi qiymətləndirilir.
Nərmin
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO











