Maşının nömrələrini gizlədən “qazi”ni yol polisi belə saxladı – Həbsi də var imiş... - VİDEO

Yol polisi dövlət qeydiyyat nişanını avtomobilin yük yerində gizlədərək məsuliyyətdən yayınan sürücünü aşkar edib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində həyata keçirdiyi maarifləndirmə tədbirləri zamanı qeydə alınıb.
Belə ki, 90-UP-646 qeydiyyat nişanlı “Lifan” markalı avtomobilin sürücüsü maşını yolun hərəkət hissəsinin ikinci zolağında park edərək həm qayda pozub, həm də digər hərəkət iştirakçılarına maneə yaradıb.
Araşdırma zamanı özünü “qazi” kimi təqdim edən şəxsin dövlət nömrə nişanlarını qəsdən çıxardığı və avtomobilin əlil olan başqa şəxsin adına olduğu məlum olub. Yoxlama zamanı sürücünün adına çoxsaylı ödənməmiş cərimələrin olduğu və avtomobilin üzərinə həbs qərarı qoyulduğu məlum olub.
DYP əməkdaşları sürücü ilə bağlı qanunamüvafiq tədbirlər görüb və avtomobil duracağa yerləşdirilib.
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










