Maşının nömrəsini açaraq təhlükə yaradan sürücü - 77-AG-242 - VİDEO
Qaydalar
4 Sentyabr 2024 17:00
Oxunub 690
Bakıda manevr qaydasını pozan sürücü təhlükə yaradıb.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Cavadxan küçəsində baş verib.
Belə ki, 77-AG-242 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü ön qeydiyyat nişanını çıxararaq avtomobili idarə edib. Həmçinin sürücü 3-cü mikrorayon dairəsindən üzü Cavadxan küçəsi isitqamətinə hərəkət edərkən, dairəyə sərt şəkildə girərək təhlükəli vəziyyət yaradıb.
Qeyd edək ki, bu qayda pozuntularına görə sürücü İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat və 342.7 dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına görə 100 manat məbləğində cərimə oluna bilər.
Hülya
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR