Maşının nömrəsini bana əllə yazan taksi sürücüsü - Cəriməsi nə qədərdir? - VİDEO

Azərbaycanda qeyri-adi bir avtomobil nömrəsi görənlərin diqqətini çəkib.
Avtosfer.az xəbər verir ki, “VAZ” markalı avtomobilin arxa tərəfinə, standart metal nömrə lövhəsinin əvəzinə, maşının banına əllə 90-CT-358 nömrəsi yazılıb. Qanunvericiliyə görə bu lövhədə avtomobilin qeydiyyat nömrəsi rəsmi qaydada həkk olunmalıdır.
Bu görüntü sosial şəbəkələrdə maraq doğurub, avtomobil sahiblərinin belə qeyri-adi üsullara əl atması həm təəccüb, həm də tənqid obyektinə çevrilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən, Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə sürücülər 100 manat 4 balla cərimələnir.
Avtosfer.az-ın əldə etiyi məlumata görə, artıq həmin nəqliyyat vasitəsi yol polisi tərəfindən aşkar edilərək saxlanılıb və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib. Sürücü barəsində isə qanunda nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb.
Eltac Zülfüqaroğlu
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










