Maşının nömrəsini çıxarıb "avtoş"luq edən sürücü yolda toz qopardı - VİDEO
Qaydalar 18 İyun 2021 11:33 Oxunub 5688
Maşının nömrəsini çıxarıb "avtoş"luq edən sürücü  yolda toz qopardı - VİDEO

Rayon yollarında avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 90-DB-034 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yolda dəfələrlə manevr qaydasını pozaraq ziqzaqvari hərəkətlər edib. Onun arxasınca gələn 62-BD-612 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobilin ön oturacağında olan sərnişin bayıra çıxaraq təhlükəli şəkildə şou göstərən sürücünün hərəkətlərini videoya çəkib. Bundan sonra “Hyundai”n sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında getməyə başlayıb.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh