Maşının nömrəsini gizlədən sürücü: 800 manatadək cərimə - VİDEO

Paytaxtda avtomobilinin dövlət nömrə nişanına müdaxilə edən sürücü görüntülənib.
Mövcud qayda pozuntusuyla bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. Görüntüdən aydın olduğu kimi, “VAZ-2107” markalı avtomobilin qeydiyyat nişanındakı rəqəmlərdən biri örtüklə gizlədilib. Belə ki, kobud qayda pozan sürücü maşını 99-KE-0?0 şəklində idarə edir.
Təəssüf ki, son zamanlarda avtomobilin qeydiyyat nişanına müxtəlif üsullarla müdaxilə edən sürücülərin sayında artım müşahidə olunur. Adətən törətdikləri qayda pozuntularından yayınmaq üçün bu üsulu seçən sürücülər kameralardan yayına bilməyəcəklərini və daha ağır cərimənin onlara tətbiq olunacağını unutmamalıdır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə 500 manatdan 800 manatadək cərimə tətbiq edilir. Ona görə də sürücülər bu cür hallardan çəkinməlidir.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO











